Azərbaycan 2013-cü ildən keçirilməsinə başlanan Qlobal Bakı forumlarının bu dəfə on birincisi keçirilir. Qlobal Bakı Forumu ən müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir veynəlxalq platformadır. XI Qlobal Bakı Forumu zamanı cari qlobal problemlərin həlli yollarının modelləşdirilməsi vacib hesab olunur.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Qlobal iqlim dəyişmələri bugünümüzün reallığıdır
Ceyhun Məmmədov bildirib ki, Qlobal Bakı Forumunda müzakirə edilən məsələlərdən biri də iqlim dəşiklikləridir: “Qlobal iqlim dəyişmələri bugünümüzün reallığıdır və onun ağır fəsadları artıq planetimizin çox yerində insanların həyatını təhdid edir. İqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına alır, iqtisadi itkilərə gətirib çıxarır. Onun eyni zamanda, insanların yer-yurdlarından olması hallarını artıracağı da düşünülür. O cümlədən iqlim dəyişiklikləri Azərbaycanda da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin sürətlə azalması bizi və Xəzəryanı ölkləri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil. Azıərbaycan qlobal iqlim dəyişikliklərə qarşı mübarizədə könüllü öhdəlik götürmüşdür. Belə ki, 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35%-ni, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırmışdır. Bu ilin noyabrında Bakıda keçiriləcək COP 29 beynəlxalq konfransa da iqlim dəyikliklərinin müzakirəsinə dünyanın liderleri qoşulacaqdır. COP 29-nun yüksək səviyyədə keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının nə qədər vacib olduğunu göstərir”.
Deputatın sözlərinə görə, Forumda müzakirə olunan mövzular dünya üçün çox əhəmiyyətli məsələrdir: “Ümumdünya Səhiyyə Təşkilatı COVİD infeksiyasının yeni növlərinə qarşı mübarizənin qlobal şəkildə aparılması üçün çağırışların edəcəyi gözləniləndir. COVİD -19 -un dünya üçün yaratdığı problemlərin yenidən təkrarlanmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsi vacibdir”.
Nigar Orucova, “İki sahil”