Ukraynalı müğənni Ani Lorak 2024-cü ilin fevralında Rusiya vətəndaşlığı üçün müraciət edib.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti-nin Telegram kanalına müğənninin yaxın ətrafından olan mənbə bildirib.
Ötən il avqustun sonunda Vitali Borodinin rəhbərlik etdiyi "Xalqın çağırışı" ictimai təşkilatı Rusiya Baş Prokurorluğuna Lorakın “Crocus City Hall”da baş tutacaq konsertinin ləğv edilməsi xahişi ilə müraciət etmişdi.

Sentyabrın 10-da Borodin öz “Telegram” kanalında ukraynalı müğənnini Rusiyadakı himayədarlarının adlarını açıqlayacağı ilə hədələmişdi. O, müğənnini “Rusiya xaini” adlandırıb və Lorakın özünü vətənpərvər adlandırmasından, lakin rəsmi mövqeyini açıqlamamasından şikayətlənmişdi.
Qeyd edək ki, bir müddətdən sonra o, iddialarından əl çəkərək Lorakın xaricdən maliyyələşməsindən şübhələnməyin gərəksiz olduğunu söyləmişdi.