02 iyul 2026 08:46
92

ABŞ bombardmançı təyyarələrini Böyük Britaniyadakı bazadan geri çəkib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-52 Stratofortress” strateji bombardmançı təyyarələri Böyük Britaniyadakı bazanı tərk edib.

“İki sahil” xəbər verir ki, bu barədə “The War Zone” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, İrana qarşı hərbi əməliyyatların dəstəklənməsi məqsədilə bölgəyə yerləşdirilən altı “B-52 Stratofortress” bombardmançısı iyulun 1-də Fairford Kral Hərbi Hava Qüvvələri bazasını tərk edib. Bildirilir ki, bu təyyarələrdən İran ərazisinə endirilən zərbələr zamanı istifadə olunub.

Qeyd edilib ki, bombardmançıların Böyük Britaniyadan çıxarılması ABŞ-nin zərurət yaranacağı halda İrana qarşı əməliyyatları bərpa etmək imkanlarını məhdudlaşdırmır. Fairford bazasında “12 B-1 Lancer” strateji bombardmançısı qalır. Bundan əlavə, Vaşinqton ABŞ ərazisində yerləşən “B-52 Stratofortress”, “B-1 Lancer” və “B-2 Spirit” bombardmançılarından da istifadə edə bilər.