02 iyul 2026 11:52
77

Ukrayna münaqişəsi həlledici mərhələyə qədəm qoyub - Almaniyanın müdafiə naziri

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin nüfuzlu "Der Spiegel" jurnalına verdiyi müsahibədə Rusiya-Ukrayna münaqişəsinin hazırkı vəziyyətini qiymətləndirib. Nazir bildirib ki, hərbi əməliyyatlar artıq kritik bir dönəmə qədəm qoyub.

"Ukraynadakı müharibə, çox güman ki, həlledici mərhələyə daxil olub və biz bu məqamdan mütləq istifadə etməliyik", — deyə B. Pistorius vurğulayıb.

“İki sahil” xəbər verir ki, o, həmçinin əlavə edib ki, hazırkı vəziyyətdə Ukraynanın ciddi şəkildə maliyyə dəstəyinə ehtiyacı var.

Almaniya Ukraynaya ən böyük maliyyə və hərbi dəstək nümayiş etdirən Avropa ölkələrindən biridir.

Cari ilin may ayında Kiyevə reallaşdırdığı rəsmi səfəri zamanı Boris Pistorius Almaniya ilə Ukrayna arasında uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalının inkişaf etdiriləcəyini bəyan etmişdi.