Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan “Caspian Capital Group” şirkəti ilə Türkiyənin “Özgün İnşaat” şirkəti arasında birgə əməkdaşlığa dair Sazişin imzalanma mərasimi keçirilib.
“Caspian Capital Group” şirkətinin təsisçisi Elxan Paşayev və “Özgün İnşaat” şirkətinin təsisçisi Özgün Karakullukçu tərəfindən imzalanmış memorandum şirkətlər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi prosesində birgə fəaliyyət kimi məsələləri özündə ehtiva edir.
İmzalanma mərasimində “Caspian Capital Group” və “Özgün İnşaat” şirkətinin əməkdaşları ilə yanaşı, müxtəlif şirkət, ictimai təşkilat nümayəndələri də iştirak etmişdir.
“Caspian Capital Group” şirkətinin baş direktoru Tahir İskəndərov çıxış edərək bildirib ki, təmsil etdiyi şirkət inşaat, layihələndirmə, mühəndislik, təchizat, informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkət fəaliyyətə başladığı gündən etibarən ixtisaslaşmış şirkətləri, müasir və innovativ yanaşması və peşəkar komandası ilə sifarişcilərinin etibarını qazanıb. "Caspian Capital Group" təkcə uğurlu müəssisə deyil, həm də fəaliyyət göstərdiyi mühitdə müsbət dəyişikliklər yaratmağa çalışan, dövlətçiliyə, cəmiyyətə, ətraf mühitə və dayanıqlılıq prinsiplərinə olan sadiqliyi, öhdəliyi və məsuliyyət şüuru ilə hərəkət edən etibarlı tərəfdaşdır. Şirkət öz tərəfdaşları və ictimaiyyətin iştirakı ilə cəmiyyətimizə davamlı təsir göstərməyi və öz irsini həyata keçirdiyi layihələrdən kənara çıxmasını təmin etməyi hədəfləyir.
Tədbirdə “Özgün İnşaat” şirkətinin fəaliyyətinə dair video rolik təqdim edilib. Şirkətin icraçı direktoru Sıtkı Akdeniz qeyd edib ki, “Özgün İnşaat” şirkəti 1993-cü ildə yaradılıb. Şirkət tunel, nəqliyyat, infrastruktur, mədənçıxarma və enerji sahələrində fəaliyyət göstərir. “Özgün İnşaat” şirkətinin əsas məqsədlərindən biri inşa etdiyi komplekslərdə geniş infrastrukturlu, rahat və sağlam yaşam tərzini təmin etməkdən ibarətdir.
Görüş “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin vasitəçiliyi ilə baş tutub. Assosiasiyanın əsas fəaliyyət məqsədi ölkə markalarının xaricə daşınması və xarici markaların ölkədə fəaliyyətinin təşkilidir. Assosiasiya 30 iyun 2022-ci il tarixindən fəaliyyət göstərir.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir