16 mart 2024 12:49
545

Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda silah və narkotik vasitə aşkarlanaraq götürülüb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Əliyev Akif Arif oğluna məxsus 1 ov tüfəngi, 1 “Vinçester” markalı silah və ümumi çəkisi 80 qram olan qurudulmuş marixuana Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda aşkar edilərək götürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.