Rusiyanın “Domodedovo” hava limanının müvəqqəti bağlanması ilə əlaqədar “Şeremetyevo”da enən “Azərbaycan Hava Yolları”nın təyyarəsi “Domodedovo” aeroportuna yola düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 16:13-də “Domodedovo” aeroportunda eniş edib.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 12:15-də hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna etmişdi
Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir