Biləsuvar rayonunda tərəvəz bitkilərinin əkininə bu il daha çox üstünlük veriləcək.
“İki sahil” xəbər verir ki, bu il yazlıq əkin dövründə 3 000 hektar sahədə tərəvəz məhsullarının əkini planlaşdırılır.
Yerli fermerlərin sözlərinə görə, bu bitkilərin əkininə üstünlük vermələrinin səbəbi tərəvəz məhsullarının sərfəli qiymətə alınmasıdır.
Rayon ərazisində ən çox pomidor, xiyar, soğan, badımcan, bibər, yaşıl noxud kimi tərəvəz məhsulları becərilir.
Qeyd edək ki, ötən il Biləsuvar rayonunda yazlıq əkin dövründə 1 822 hektar sahədə tərəvəz məhsulları yetişdirilib.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir