2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 30 milyon 888 min dollar dəyərində 134 min 870 ton buğda idxal edilib.
"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 dəfə və ya 133 min 244 ton, məbləğ baxımından isə 2.7 dəfə və ya 51 mln. dollar azdır.
Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.26%-nə bərabər olub.
Əlavə edək ki, 2024-cü ilin yanvar-fevral aylarında ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% azalaraq 229 dollar təşkil edib.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir