Cari ilin yanvar-fevral aylarında Azərbaycan 35 521,91 min ABŞ dolları dəyərində 60 540,18 ton neft məhsulları ixrac edib.
“İki sahil”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,8 dəfə, həcmi isə 2,5 dəfə azalıb.
Xatırladaq ki, ötən il Azərbaycan 572 210,25 min ABŞ dolları dəyərində 925 225,07 neft məhsulları ixrac edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,5%, həcmi isə 20% artıb.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir