2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 15,6 milyon dollar dəyərində 2968 ton kərə yağı idxal edilib.
"İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 49.6% və ya 5.2 milyon dollar, həcm baxımından isə 68% və ya 1 206 ton artıb. Belə ki, 2023-cü ilin ilk 2 ayında Azərbaycana 10.4 milyon dollar dəyərində 1762 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Xatırladaq ki, hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.64% təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-fevral aylarında ölkədə 4225 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.5% azdır. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 42.4% çox olub.
Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 19.57 manat, yerli kərə yağının isə orta satış qiyməti 18.98 manat təşkil edib.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir