Beynəlxalq avtomobil daşımaları bazarında milli daşıyıcıların payının artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə müzakirələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Transit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi və "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi arasında keçirilmiş görüşdə baş tutub.
Daşıyıcıların və sürücülərin rəqabət qabiliyyətliyinin yüksəldilməsi, avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, daşıyıcıların və nəqliyyat ekspeditor şirkətlərinin peşəkarlıq səviyyəsinin artırılması kimi aktual problemlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir