19 mart 2024 12:44
478

Nizami rayonunda Novruz bayramı münasibətilə sosial aksiya təşkil edilib FOTO

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Novruz bayramı münasibətilə sosial aksiya keçirib.

“İki sahil” xəbər verir ki,  rayon təşkilatının rəhbərliyi, fəalları və könüllüləri şəhid ailələrini və qaziləri ziyarət ediblər. Onları Novruz bayramı münasibətilə təbrik edib və bayram sovqatlarını təqdim ediblər.

Görüş zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb.

Şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.