Son günlər taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə təlimlərdə iştirak etmədən müəyyən ödəniş müqabilində şəhadətnamələrin verilməsi ilə bağlı müraciətlər daxil olur.
“İki sahil”in xəbərinə görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir daha xəbərdarlıq edib: "Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə verilən şəhadətnamələr isə elektron sistemdə saxlanılır. Orijinal şəhadətnamənin QR kodu ayna.empro.az saytına yönləndirilir və bu zaman şəhadətnamənin elektron forması göstərilir. QR kodun oxudulması zamanı sənədin saxtalığı müəyyən edilə bilir".
Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartının verilməsi zamanı şəhadətnamənin həqiqiliyi yoxlanılacaq.
Qeyd edək ki, rəsmi sənədlərin saxtalaşdırılması cinayət tərkibi yaradan haldır.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir