Maliyyə Nazirliyinə məxsus "Bakı Konqres Mərkəzi" MMC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.
“İki sahil” xəbər verir ki, tenderdə iştirak haqqı 37 manatdır.
İddiaçılar təkliflərini aprelin 19-na qədər şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 130 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 19-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, "Bakı Konqres Mərkəzi" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir