Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn bayram günlərində bütün sərnişinlərin maksimum rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə 2024-cü il martın 20-dən 27-dək gücləndirilmiş iş rejiminə keçir.
"İki sahil" hava limanına istinadən xəbər verir ki, tətbiq edilən gücləndirilmiş iş qrafiki, həmçinin uçuşların vaxtında yerinə yetirilməsi və xidmətin yüksək səviyyədə təqdim edilməsi məqsədi daşıyır.
Bahar tətili günlərində gözlənilən sərnişin axınının artması ilə əlaqədar mümkün gecikmələrin qarşısını alınması üçün sərnişinlərin uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.
Sərnişinlərin və ziyarətçilərin əlçatanlığı üçün “Airport Express” ictimai nəqliyyatı Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə saat 01:00-dək 30 dəqiqəlik fasilə ilə hərəkət edir. Bundan əlavə, hava limanında xüsusi düşürtmə/götürmə (“drop off”/”pick up”) zolaqları movcuddur və aeroporta daxil olarkən ilk 15 dəqiqə üçün ödəniş tələb olunmur.
Hər kəsi Novruz bayramı münasibətilə təbrik edir və xoş səyahətlər arzulayırıq!
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir