2024-cü ildə Avropada qazın spot qiymətləri keçən illə müqayisədə 23% ucuzlaşa bilər.
“İki sahil” xəbər verir ki, bununla bağlı proqnozları “Fitch” reytinq agentliyinin analitikləri verib.
Ekspertlərin gözləntilərinə əsasən, Avropanın ən böyük TTF (Niderland) qovşağında min kubmetr qazın orta qiyməti bir il əvvəl 459 dollarla (780 manat) müqayisədə 353 dollara (600 manat) düşəcək.
Əvvəlki proqnoz enerji daşıyıcısının maya dəyərinin min kubmetr üçün 423,6 dollara (720 manat) qədər azalmasını nəzərdə tuturdu. Ekspertlər qeyd ediblər ki, bölgədə yanacağa tələbatın az və yeraltı qaz anbarlarının (QQS) ehtiyatlarının çox olması ilə əlaqədar olaraq, qiymətləndirmə yenidən nəzərdən keçirilib.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir