"Trans Adriatic Pipeline AG" (TAP AG) konsorsiumunun su istehlakı illik hesablamada 41 faiz azalıb.
"İki sahil" bu barədə TAP konsorsiumuna istinadən xəbər verir.
"Bu gün biz Ümumdünya Su Resursları gününü qeyd edirik. Dayanıqlı enerji gələcəyinə sadiqliyimizə uyğun olaraq, 2023-cü ildə Yunanıstan, Albaniya, İtaliya və İsveçrədə TAP-ın su istehlakını 2022-ci illə müqayisıdə 41 faiz azaltmışıq", - deyə konsorsiumdan bildiriblər.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir