Azərbaycan aprelin 24-27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq Çörək, Xəmir Maşınları, Dondurma, Şokolad və Texnologiyalar Sərgisində (IBAKTECH 14) iştirak edəcək.
“İki sahil” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Türkiyənin Ticarət Nazirliyi və digər qabaqcıl təşkilatlarının dəstəklədiyi sərgidə 4 milyard avroluq ticarət hədəflənir.
“IBAKTECH” Türkiyə, Almaniya, Azərbaycan, İtaliya, Fransa, Sloveniya, Ukrayna, Çin, İran, Livan və Suriyadan 300-dən çox iştirakçı və 500-dən çox brendə ev sahibliyi edəcək.
Ötən illərdə “IBAKTECH”Avropa, Afrika və Yaxın Şərq regionlarından, 115 ölkədən 80 mindən çox peşəkar ziyarətçiyə ev sahibliyi edib. Bu sərgi qida sektorunda dünyanın ikinci böyük sərgisidir.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir