Martın 28-də Bakı Fond Birjasında "Kapital Bank” ASC-nin ümumi dəyəri 35 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə BFB-dən bildirilib. Qeyd edilib ki, istiqrazların yerləşdirilməsi BFB-də abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların nominal dəyəri 100 dollar, həcmi isə 350 min ədəddir. Gəlirliliyi 7% olan istiqrazlar 7 il müddətində tədavüldə olacaq. Kupon ödənişləri isə rübdə bir dəfə nəzərdə tutulub.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir