İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən “İki sahil”ə verilən məlumata görə, indiyədək ölkə ərazisində 97 min 192 ədəd belə NKA quraşdırılıb.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Cari ilin yanvar-mart ayları ərzində onlayn kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 5,3 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb