Araq istehsalçıları müvafiq qaydada reyestrdən keçəndən sonra da şərtlərə əməl etməlidirlər.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
Samirə Musayeva bildirib ki, araq məhsullarının keyfiyyətində problemlərdən biri əsas xammal olan spirtin keyfiyyəti ilə bağlıdır: “Bizdə olan məlumatlara görə, mənşəyi bəlli olmayan xammal spirtdən istifadə edilməsi halları var. Buna görə xammal spirtin rəsmi qaydada sənədləşdirilməsi bu problemi aradan qaldıracaq. Mövcud alkoqollu içki istehsalçıları qanun qüvvəyə mindikdən 6 ay ərzində icazə şərtləri üçün sənədləri təqdim edəcəklər. Şərtlərə cavab verməyənlər üçün icazənin ləğvi məsələsi qanun layihəsində öz əksini tapıb”.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb