Bu gün bu layihədə tələblər yer alıb, amma məqsəd həm də stimullaşdırma olmalıdır.
APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, tütün kənd təsərrüfatı məhsulu olaraq qeyd edilsə də, onun emalı, saxlanılması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən güzəştli avadanlıqlar nəzərdə tutulmur: “Yalnız qurudulması üçün avadanlıq nəzərdə tutulur. Əgər tütünçülüyün inkişafını məqsəd kimi qarşıya qoymuşuqsa, bu problemlər nəzərə alınmalıdır. Keçən il 2000 hektardan az ərazidə tütün əkilib. Bu, çox kiçik sahədir. Bizim tütünçülüyün inkişafı üçün potensialı olan rayonlarımız var. Məsələn, Qarabağda da torpaqlar bunun üçün uyğundur. Keyfiyyətli tütün istehsalı əsas məqsəd olmalıdır. Bu olmasa, biz məcburi olaraq bunu idxal edəcəyik”.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb