Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 43 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.