15 aprel 2024 12:05
437

Muxtar Babayev: Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 30 %-ə çatdırmağı hədəfləyir

Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 %-ə çatdırılmasını hədəf kimi müəyyənləşdirib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən mətbuat konfransında bildirib.

O xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmağı hədəfləyib.

Nazir bununla bağlı işlərin uğurla davam etdiyini vurğulayıb.