15 aprel 2024 12:39
466

COP29-un saytı bu həftə istifadəyə veriləcək

COP29-un veb saytı - https://cop29.az/ bu həftə istifadəyə veriləcək.

“İki sahil” xəbər verir ki, bunu COP29 Sədrliyinin ilk mətbuat konfransında COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib.

O qeyd edib ki, saytdan konfrans ilə bağlı ən son yenilikləri əldə etmək mümkün olacaq.