Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini, əvvəllər də analoji və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş Feyzi Məhərrəmov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, ondan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.
“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib
Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib