Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, Şağan qəsəbəsində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Hadisə zamanı minik avtomobilinin sərnişini 14 yaşlı Bayramlı L. xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib
Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib