Mayın 6-7-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) yeddinci iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri – M.Atacanov) nümayəndə heyətləri iştirak edib.
İclasa Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Şərifov sədrlik edib. İclas zamanı, tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər. İclasda həmçinin Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub.
Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasına öz minnətdarlıqlarını bildiriblər.
YSİQ-in növbəti iclası 24-27 iyun 2024-cü il tarixlərində İran İslam Respublikasında keçiriləcək.
Ağır vəziyyətdə Reanimasiya şöbəsinə daxil olan körpə həkimlərin dəstəyi ilə həyata qaytarılıb
Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edildi
Ombudsman Səbinə Əliyeva Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib