“Azərbaycan Hava Yolları” QSC (AZAL) 8 may — Beynəlxalq Talassemiya Gününə həsr olunmuş “Qan ver, həyat ver!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.
“İki sahil” xəbər verir ki, aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının dəstəyi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən Tibb-Sanitar İdarəsində təşkil olunub.
Tədbirdə AZAL-ın 100-ə yaxın əməkdaşı iştirak edib. Aksiyada iştirak etməzdən əvvəl onların sağlamlıqları Mərkəzi Qan Bankının həkimləri tərəfindən yoxlanılıb.
Qanvermə aksiyası AZAL-ın sosial məsuliyyət fəaliyyəti çərçivəsində irsi qan xəstəliklərindən əziyyət çəkən, ağır qəza, cərrahi əməliyyat və ya təbii fəlakət zamanı risk altına düşmüş şəxslərə dəstək olmaq məqsədilə həyata keçirilib.
AZAL gələcəkdə bu cür xeyriyyə tədbirlərini davam etdirməyi planlaşdırır.
Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edildi
Ombudsman Səbinə Əliyeva Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib