Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.
“İki sahil” xəbər verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, hadisə yağan güclü yağış səbəbindən meydana gəlib.
Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.
Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Kimya İnstitutunun alimləri infraqırmızı şüalanmaya həssas yeni materialların xüsusiyyətlərini tədqiq ediblər
Fövqəladə Hallar Nazirliyinin avtonəqliyyat vasitələri sürücülərinə müraciəti VİDEO