13 may 2024 11:36
655

COP29-un uğuru COP30-un uğurla keçiriləcəyi anlamına gələcək - Nuri Ozbağdatlı

COP29-un uğuru COP30-un uğurla keçiriləcəyi anlamına gələcək.

“İki sahil” xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının (BMTİP) Avropa və Mərkəzi Asiya regionunda iqlim dəyişmələri üzrə portfolio koordinatoru Nuri Özbağdatlı Azərbaycanın COP29-a sədrliyi çərçivəsində şəffaflığa dair iki illik hesabatların hazırlanması zamanı etimadın möhkəmləndirilməsi və potensialın kəşf edilməsi üzrə təlim seminarında deyib.

"Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi rolu son dərəcə vacibdir. COP29-un uğuru COP30-un uğurla keçiriləcəyi anlamına gələcək", - deyə o bildirib.

O, həmçinin, BMTİP üçün şəffaflığa dair iki illik hesabatın (BTR) hazırlanması üzərində Azərbaycanla işləməyin böyük şərəf olduğunu qeyd edib.

"Növbəti iki il BMTİP üçün son dərəcə vacibdir. Biz iqlim üzrə iddialı, sürətli və inklüziv tədbirlər üzərində işləyirik", - deyə o əlavə edib.