Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Pakistan baş nazirinin gənclər proqramının sədri Rana Məşhud Əhməd Xanla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə pakistanlı məmurun sosial şəbəkə hesabında bildirilib.
“Sədr Rana Məşhud Əhməd Xan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti cənab Muxtar Babayevlə görüşüb. Gənclərin rəhbərlik etdiyi iqlim təşəbbüslərini nümayiş etdirən COP29-da Pakistanın gənclərin səsini gücləndirmək, iqlimlə bağlı qərarların qəbulunda gənclərin iştirakını təmin etmək müzakirə edilib”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Muxtar Babayev Pakistanın Prezidenti Asif Əli Zərdarini Azərbaycan keçiriləcək COP29-a dəvət etmişdi.
"Ford" süni intellekt uğursuzluğundan sonra təcrübəli mühəndislərini geri qaytardı
"Yonhap": Cənubi Koreyanın sabiq ədliyyə naziri 25 il müddətinə azadlıqdan məhrum edilib