14 may 2024 21:12
491

Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub

Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub.

“İki sahil” xəbər verir ki, o, Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, martın 2 də itkin düşüb. K.Ağayeva Cəlilabadda kollecdə oxuyub. Lənkərana işləmək üçün gəlib, lakin martdan onunla əlaqə kəsilib. Yaxınları onun itkin düşməsi barədə polisə məlumat verib.

Fakt üzrə araşdırmalar davam etdirilir.