14 may 2024 22:45
561

Qəzada ağır xəsarət alan tələbə xəstəxanada ölüb

İki gün əvvəl Abşeronda yol qəzasına düşən Sumqayıt Dövlət Universitetinin 23 yaşlı tələbəsi xəstəxanada ölüb.

“İki sahil” xəbər verir ki, mayın 12-də ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Sumqayıt Dövlət Universitetinin tələbəsi, 2001-ci il təvəllüdlü Məmməd Vüsal Allahbaxış oğlu Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, o, bu gün xəstəxanda ölüb.

Faktla bağlı araşdırma aparılır.