15 may 2024 08:17
388

39 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Xırdalan şəhərində yolu keçən 1985-ci il təvəllüdlü İsmayıllı Vüsal Feyzulla oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.