15 may 2024 08:46
425

Paytaxtın sıxlıq müşahidə olunan yollarının SİYAHISI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti köməkçi yol, mərkəz istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

5. 8 Noyabr prospekti, mərkəz istiqamətində;

6. Tbilisi prospekti, mərkəz istiqamətində;

7. Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid prospekti istiqamətində;

8. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində;

9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.