15 may 2024 10:44
376

Ailə və hərbi psixoloq ixtisaslarının ali təhsil proqramına daxil edilməsi təklif olunur

Ailə və hərbi psixoloq ixtisasları ali təhsil proqramına daxil edilməlidir.

“İki sahil” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi nəticəsində ailələrə dəymiş psixoloji sarsıntıların aradan qaldırılması istiqamətində işlər görülməlidir.