Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Samir İsmayılov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “İki sahil”ə verilən məlumata görə, ondan satış məqsədilə qablaşdırılmış külli miqdarda metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
AAYDA əməkdaşların institusional inkişaf proqramı çərçivəsində növbəti təlim keçirib
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib