Su çatışmazlığı Azərbaycanda ən ciddi problemlərdən biridir.
“İki sahil” xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Bakıda keçirilən iqlim və su ilə bağlı sammitdə deyib.
“Dayazlaşma problemi kənd təsərrüfatına mənfi təsir göstərir və biz bu vəziyyətdən çıxış yolu axtarmalıyıq”, - o bildirib.
Qeyd edək ki, sammit ekoloji problemlərə və Xəzər regionunda iqlim dəyişikliyinin nəticələrinə həsr olunub.
AAYDA əməkdaşların institusional inkişaf proqramı çərçivəsində növbəti təlim keçirib
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib