17 may 2024 12:24
539

Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir- Elnur Soltanov

COP 29 bir tədbir deyil, bu, bir prosesdir və həmin proses artıq başlayıb.

“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov "Ambisiyanın artırılması, fəaliyyətə təkan: COP29 Davamlı biznes forumu" adlı konfransda deyib.

"Yaşıl metodlar daha bahadır, fosil yanacaqlar isə daha ucuzdur. Daha bahalı olduğuna görə özəl sektor bu sistəmə töhvə vermək istəmir. Qərb ölkələri inzibati metodlarla bu məsələni tənzimləyir", - deyə E.Soltanov əlavə edib.