Zərdab rayonunda 27 yaşlı gənc yol qəzasında xəsarət alıb.
“İki sahil” xəbər verir ki, 1997-ci il təvəllüdlü Bəndəlizadə Sübhan Bəhram oğlunun idarə etdiyi velosiped minik avtomobili ilə toqquşub.
Hadisə zamanı xəsarət alan S.Bəndəlizadə təcili tibbi yardımın köməkliyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram
Abşeron və Yasamalın bir sıra ərazilərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.