15 sentyabr 2026 08:33
87

Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram

Çox sevinirəm ki, doğma yurduma qayıdıram.

“İki sahil” xəbər verir ki, bu sözləri Xocavənd rayon sakini, keçmiş məcburi köçkün Nofəl Quliyev deyib. O, qeyd edib ki, həyatının ən unudulmaz günlərindən birini yaşayır: "Torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüşəm. Muğanlı işğal olunanda kəndi tərk etdik. Çox şadam ki, bu gün kəndə ailə üzvlərimlə qayıdıram. Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram".

Qeyd edək ki, bu gün Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınacaq. Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə – 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə – 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə – 41 nəfər köçürüləcək.