Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 7 prospektində və 11 küçəsində “Yaşıl dalğa” rejimi tətbiq edilir. Həmçinin Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) və yol polisi əməkdaşları ilə birgə süni sıxlığın yaranmasına səbəb olan hallar müşahidə edildikdə, dərhal zəruri tədbirlər görülür.
“İki sahil” xəbər verir ki, bu barədə NİİM-dən məlumat verilib.
“Yaşıl dalğa” rejiminin tətbiq edildiyi küçə və prospektlər bunlardır:
1. Rəşid Behbudov küçəsi;
2. Mikayıl Müşfiq küçəsi;
3. 28 May küçəsi;
4. Bülbül prospekti;
5. Yusif Səfərov küçəsi;
6. Məhəmməd Füzuli küçəsi;
7. Akademik Həsən Əliyev küçəsi;
8. Əhməd bəy Ağaoğlu küçəsi;
9. Şah İsmayıl Xətai prospekti;
10. Fətəli xan Xoyski prospekti;
11. Atatürk prospekti;
12. Üzeyir Hacıbəyli küçəsi;
13. Azadlıq prospekti;
14. Əbduləzəl Dəmirçizadə küçəsi;
15. Əsəd Əhmədov küçəsi;
16. Abbas Mirzə Şərifzadə küçəsi;
17. Qara Qarayev prospekti;
18. 8 Noyabr prospekti.
Firudin Qurbanov: Bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram