Naxçıvan Su-kanalizasiya İdarəsi tərəfindən Naxçıvan şəhərinin müxtəlif istiqamətlərində quraşdırılmış siyirtmələrin təmiri və ya yenisi ilə əvəz edilməsi prosesi həyata keçirilir.
İdarədən “İki sahil”ə bildirilib ki, mayın 16-dan etibarən şəhərin 10-cu küçəsi, Qaraxanbəyli kəndi və Əliabad-Naxçıvan dairəvi avtomobil yolunda müvafiq işlər görülüb. Təmir-yenilənmə tədbirləri çərçivəsində bu gün Əliabad qəsəbəsində də iki siyirtmə təmir olunub.
Əhalinin su təminatında fasilələrin yaranmaması üçün təmir işləri gecə saatlarında aparılır.
Nazir şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib
Keçmiş məcburi köçkün: Gənclik illərim də kənddə keçdiyindən sanki gəncliyimə qayıdıram
Abşeron və Yasamalın bir sıra ərazilərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.