Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
“İki sahil” xəbər verir ki, qəza İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Şəki rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.