Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, hadisə Alpout kəndində qeydə alınıb. "VAZ-2109" və "Saipa" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər; 1985-ci il təvəllüdlü Mahmudov Elnur Nurəddin oğlu, 1996-cı il təvəllüdlü Məmmədiyəyeva Zemfira Vaqif qızı, 1974-cü il təvəllüdlü Abbasov Xələf Həsənağa oğlu və 1989-cu il təvəllüdlü Məmmədiyəyev Aydin Akif oglu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, A.Məmmədiyəyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub