Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakışəhərində “Avropa Mobillik Həftəsi”nə müraciət edibvə namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə 16–22 sentyabr 2026-cı il tarixlərində davamlıhərəkətliliyin təşviqinə dair silsilə tədbirlər keçiriləcək.
Tədbirlər çərçivəsində orta və ali təhsilmüəssisələrində şagird və tələbələr üçün interaktivmaarifləndirmə sessiyaları təşkil olunacaq, təhlükəsiz velosiped və skuter sürmə qaydaları iləbağlı praktiki təlimlər keçiriləcək.
Velosiped sürmə bacarıqlarının inkişaf etdirilməsiməqsədilə əhali arasında da təlimlərin keçirilməsinəzərdə tutulur. Peşəkar təlimçilər tərəfindən təşkilolunacaq praktiki dərslər zamanı iştirakçılaraqaydalara uyğun sürüş, yol hərəkətinin digəriştirakçılarına, xüsusilə piyadalara hörmət vətəhlükəsiz davranış qaydaları izah ediləcək.
“Avropa Mobillik Həftəsi” çərçivəsində hər yaşdanolan həvəskar və peşəkarların iştirakı iləgenişmiqyaslı veloyürüş də nəzərdə tutulub.
Həftənin əsas tədbirlərindən biri isə sentyabrın 20-dəbaş tutacaq “Avtomobilsiz Gün” olacaq. Həmin günsaat 10:00-dan 20:00-dək Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi nəqliyyat üçünbağlanacaq. Ərazidə gün ərzində sakinlərin iştirakı iləmüxtəlif tədbirlər təşkil olunacaq.
“Avtomobilsiz Gün” çərçivəsində yaradılacaqmikromobillik zonasında operatorlar tərəfindənmüxtəlif növ velosiped və skuterlər nümayişetdiriləcək, iştirakçılara test sürüşləri və təhlükəsizidarəetmə üzrə təlimlər keçiriləcək. Uşaqlar üçünustad dərsləri, böyüklər üçün isə əyləncəli vəinteraktiv oyunlar təşkil olunacaq.
Bununla yanaşı, “Mobillik Dialoqu” panel müzakirəsində dövlət qurumlarının nümayəndələri, mütəxəssislər və özəl sektor təmsilçiləri paytaxtdamikromobillik infrastrukturunun inkişaf perspektivlərinivə şəhər mobilliyinin gələcəyini müzakirə edəcəklər.
AYNA tərəfindən “Avropa Mobillik Həftəsi” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi şəhərmobilliyində alternativ nəqliyyat vasitələrindənistifadənin təşviqi, yol hərəkəti iştirakçılarınıntəhlükəsizliyi ilə bağlı məlumatlılığın artırılması vədaha rahat, təhlükəsiz və dayanıqlı hərəkətlilikimkanlarının təşviqidir.
Bakı sakinlərini “Avropa Mobillik Həftəsi” çərçivəsindəkeçiriləcək tədbirlərdə iştirak etməyə dəvət edirik.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub