15 sentyabr 2026 20:25
176

Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub

Masallı Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni oftalmoloji kabinet fəaliyyətə başlayıb.

 

Kabinetdə ilk dəfə Biləsuvar və Lənkəran sakinləri olan iki pasiyent üzərində katarakta əməliyyatları uğurla icra olunub. Qeyd edək ki, əməliyyatları icra edən uzman həkim-oftalmoloq Astan İbayev Türkiyədə təhsilini başa vurduqdan sonra həmin ölkədə ixtisası üzrə fəaliyyət göstərib. Hazırda o, Masallı Rayon Mərkəzi Xəstəxanasında çalışır.

 

Yeni kabinetdə kataraktla yanaşı, qlaukoma, ptoz, göz qapağı və göz yaşı kanalları üzrə əməliyyatların, xalazionun müalicəsinin, eləcə də digər göz xəstəlikləri üzrə müayinə, müalicə və cərrahi xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur. 

 

Sözügedən kabinetin istifadəyə verilməsi Masallı və ətraf rayonların sakinlərinə oftalmoloji xidmətlərin yerində və daha əlçatan şəkildə göstərilməsinə imkan yaradacaq.