24 may 2024 09:38
316

Eyvandan yıxılan şəxs ölüb

Bakı şəhərinin Xətai rayonunda eyvandan yıxılan şəxs ölüb.

“İki sahil” xəbər verir ki, İsmayılov Rasim Abutalıb oğlu yaşadığı binanın 6-cı mərtəbəsində eyvandan yıxılaraq ağır xəsarətlər alıb.

O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.